“Pilgrim Education” xaricdə təhsil şirkətindən zərəçəkənlər qrup yaratdılarbackend

“Pilgrim Education” xaricdə təhsil şirkətindən zərəçəkənlər qrup yaratdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son aylarda Azərbaycanda xaricdə təhsil xidməti göstərdiyi bildirilən “Pilgrim Education” şirkəti ilə bağlı narazılıqlar gündəmdən düşmür. Xaricdə təhsil adı ilə fəaliyyət göstərən “Pilgrim Education” şirkəti ətrafında böyük narazılıq dalğası yaranıb.

NOCOMMENT.az Tribunainfo.az-a istinadən xəbər verir ki, bir qrup vətəndaş şirkətlə bağlı yaşadıqlarını əsas gətirərək, artıq xeyli sayda zərərçəkənlər məsələ ilə bağlı birləşərək Whatsapp qrupu yaradıb və qrupa vəkil-hüquqşünasları da cəlb ediblər.

Onlarla zərərçəkən bir araya gələrək, düşdükləri haqsız durumdan çıxış yollarını müzakirə edirlər.

İddialara görə, şirkət aldığı ödənişlər müqabilində tələbələri müxtəlif ölkələrə qəbul etdirəcəyini vəd etsə də, bu vədlərin çoxu reallaşmayıb.

Üstəlik, nəticə olmadığı halda, ödənişlərin qaytarılması ilə bağlı da uzun sürən gecikmələr və əsassız şərtlər ortaya çıxıb.

Zərərçəkənlərin sözlərinə görə, bəzi şəxslərə pulu geri almaq üçün şirkətin özünün hazırladığı, məzmunu naməlum və mübahisəli olan sənədləri imzalamaq təklif olunub.

Onlar hesab edirlər ki, məsələ yalnız ictimailəşmə və birgə mübarizə yolu ilə həll oluna bilər.

Eyni zamanda, zərərçəkənlər yaxın günlərdə Prezidentə müraciət edəcəklərini və məsələnin tam şəffaf şəkildə ictimaiyyətə təqdim olunacağını bildirirlər.

Gözləntilər böyükdür: Yaxın günlərdə ictimaiyyət bu qalmaqalın bütün pərdəarxası detallarını eşidəcək.