Pentaqonun rəhbəri Pit Heqset bildirib ki, ABŞ hazırda öz qüvvələrinin Avropada yerləşdirilməsində hər hansı dəyişiklik etməyi planlaşdırmır.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirir.
O, həmçinin qeyd edib ki, hazırda ABŞ-ın xaricdəki bazalarındakı qoşunlarının sayını azaltmaq planları yoxdur.
Bundan əlavə, Heqset ABŞ-ın Ukraynaya qoşun yeritmək niyyətində olmadığını vurğulayıb. Heqsetin Avropaya ilk xarici səfəri zamanı Ukraynaya hərbi yardım elan etməyəcəyi də qeyd edilib. Fevralın 11-də ABŞ prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bəyan edib ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası tərəfindən təsdiqlənmiş Ukraynaya hərbi yardımlar hələ də Kiyevə çatdırılır.