PKK-nın yeni dəstəkçisi: İran!backend

PKK-nın yeni dəstəkçisi: İran!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın bir qrup kəşfiyyat bölməsi və Həşd-Şəəbi qruplaşmasının üzvləri İraq və Suriyada dronlardan istifadə və PUA-ların vurulması sahəsində PKK terrorçularına təlim keçirlər.

NOCOMMENT.az xəbər verir ki, Türkiyənin “Yeni Şafak” qəzetinin məlumatına görə, İran PKK-nın silah-sursat və canlı qüvvəsinin daşınmasını da təşkil edir.

Sonuncu silah partiyası Sincar, Süleymaniyyə və Qəndilə, habelə İrandan 50 terrorçu İraqın şimalındakı Zaqros, Avaşin-Basyan və Zap bölgələrinə göndərilib.

PKK iyunun 11-də Suriyanın şimalındakı Fərat Qalxanı əməliyyatı bölgəsində Şahid-136/131 dronları ilə kəşfiyyat uçuşları həyata keçirib. Ərazidə PUA-lara qarşı sistemlərin fəaliyyət göstərməsi səbəbindən İran dronları geri qayıtmağa məcbur olub.