Plastik qablardan istifadə edənlərin NƏZƏRİNƏ: Bu halda 2 min manat cərimələnəcəksinizbackend

Plastik qablardan istifadə edənlərin NƏZƏRİNƏ: Bu halda 2 min manat cərimələnəcəksiniz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan hökuməti 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək birdəfəlik plastik qab-qacaqla bağlı reqlamenti təsdiqləyib. Bəs Azərbaycanda birdəfəlik plastik qab-qacağın qadağan olunması real görünürmü?

Mövzu ilə bağlı NOCOMENT.az-a açıqlama verən qida təhlükəsizliyi üzrə ekspert İlkin Şirinov bildirib ki, Gürcüstanda plastik qab-qacaqla bağlı yeni reqlament təsdiqlənsə də, Azərbaycanda məsələ daha əvvəl həllini tapıb:

“Azərbaycanda birdəfəlik plastik qabların – çəngəl, bıçaq, qaşıq, boşqab, stəkan və digər bu tip məhsulların istehsalı, satışa çıxarılması və iaşə obyektlərində verilməsi 1 iyul 2021-ci ildən qüvvəyə minən qanunla qadağan olunub. Lakin karton boşqablar və karton materialdan hazırlanan digər ekoloji qabların qadağan edilməsi gözlənilmir.”

Ekspert əlavə edib ki, əsas məqsəd plastik tullantıların təbiətə yükünü azaltmaqdır.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mütəmadi monitorinqlər aparılır və qanunsuz plastik qab satışı aşkarlanarsa, 500–2000 manat arasında cərimələr tətbiq olunur.

“Təbiətdə plastik qabların, salafanların çoxalması göllərin, su hövzələrinin və parkların çirklənməsinə səbəb olur. Hazırda satışda plastik qablar demək olar ki, yoxdur – əsasən biodağılan və karton məhsullar mövcuddur”, – ekspert bildirib.