Polad Bülbüloğluna qarşı ermənilər tərəfindən TƏXRİBATbackend

Polad Bülbüloğluna qarşı ermənilər tərəfindən TƏXRİBAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan nümayəndə heyətinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırmaq niyyəti baş tutmayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, Ermənistan tərəfinin fondun idarə heyətinin sədri vəzifəsinə yeni seçkilərin keçirilməsi təklifi İdarə Heyətinin üzvləri tərəfindən mənfi qarşılanıb.
Ancaq Polad Bülbüloğlu seçkilərin keçirilməsini dəstəkləyib və seçkilər keçirilib. Nəticədə isə Polad Bülbüloğlu yekdilliklə fondun İdarə Heyətinin sədri seçilib.
Report