Polis qəza törətdi – Ölən varbackend

Polis qəza törətdi – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

NOCOMMENT Modern.az-ın məlumatına görə xəbər verir ki, hadisə Qəbələ Reabilitasiya Mərkəzinin qarşısında qeydə alınıb.

Məlumata görə, polis əməkdaşı Məmmədov Mənsur Rəmzi oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan Məmmədov Rəhim Rəşid oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil və Mikayılov Ələsgər İmam oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

Nəticədə sürücülər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ rayon mərkəzi xəstəxanasına yerləşdirilib, sürücü Rəhim Məmmədov xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.