Polis silahla ehtiyatsız davrandı: Xəsarət alan varbackend

Polis silahla ehtiyatsız davrandı: Xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saat 6 radələrində Səbail Rayon Polis İdarəsinin əməkdaşı Elçin Qurbanov gecə növbəsində xidmətdə olarkən tabel silahı ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) NOCOMMENT-ə verilən məlumatda bildirilib.

O, dərhal xəstəxanaya çatdırılaraq həkimlərin nəzarətinə verilib. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və həyatı üçün təhlükə yoxdur.