Polis xeyli silah-sursat aşkarladıbackend

Polis xeyli silah-sursat aşkarladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

NOCOMMENT.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 pulemyot və 2 tapança aşkar edib.

Bununla yanaşı, gün ərzində 2 qumbara, 2 alışdırıcı, 8 tüfəng, 7 patron darağı və 37 ədəd müxtəlifçaplı patron da aşkar edilərək götürülüb.