Polşa Belarusa qarşı daha çox sanksiyalar tətbiq etməyə çağırdıbackend

Polşa Belarusa qarşı daha çox sanksiyalar tətbiq etməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın baş naziri Mateus Moravetski bildirib ki, Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planları Belarus hökumətinə qarşı əlavə və sərt sanksiyalarla nəticələnməlidir.

NOCOMMENT.az xəbər verir ki, Moravetski bu barədə hökumətlərarası danışıqlar çərçivəsində Polşa nümayəndə heyətinin səfər etdiyi Rumıniyanın paytaxtı Buxarestdə təşkil edilən mətbuat konfransı zamanı açıqlama verib.

Belarusa qarşı növbəti sanksiyalar dalğasının xüsusilə Belarus prezidenti Aleksandr Lukaşenko rejimi üçün “daha sərt” olacağını bildirən baş nazir, Rusiya və Belarusa qarşı sonrakı sanksiyaların əhatə dairəsi barədə Avropa liderləri ilə daim danışdıqlar aparıldığını bildirib.

Mateus Moravetski Belarusu Moskva administrasiyasını dəstəklədiyinə görə tənqid edib.

NOCOMMENT.AZ