Polşa dinləmələrə görə İsrail proqram təminatı üçün lisenziyadan məhrum edilibbackend

Polşa dinləmələrə görə İsrail proqram təminatı üçün lisenziyadan məhrum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyasətçilərin qeyri-qanuni telefon dinləmələri ilə bağlı qalmaqal Polşanın İsrailin Pegasus proqram təminatının lisenziyasından məhrum edilməsinə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin kəşfiyyat xidmətlərinin əlaqələndirici naziri Tomaş Siemonyak Polşa televiziyasında bildirib.

Onun sözlərinə görə, hazırda Polşada Pegasus proqram təminatından istifadə edilmir, çünki israilli tərtibatçı ölkəni lisenziyadan məhrum edib.

“Yox. Biz bu sistemdən istifadə etmirik. Səlahiyyətlilərin bu proqram təminatından başqa məqsədlər üçün istifadə etdiyi üzə çıxanda bir neçə ölkədən lisenziyalar götürülüb”, – Siemonyak bildirib.

Müxtəlif məlumatlara görə, Polşa xüsusi xidmət orqanları respublikanın keçmiş baş naziri Mateuş Moraveçkiy, indiki baş nazir Donald Tusku, digər siyasətçiləri, habelə hüquqşünasları, iş adamlarını və ictimai xadimləri dinləmək üçün İsrail proqramlarından istifadə ediblər.