Polşa Müdafiə Nazirliyinin rəhbəri: Aİ və NATO Zelenskinin “qələbə planını” çox həvəssiz qarşıladılarbackend

Polşa Müdafiə Nazirliyinin rəhbəri: Aİ və NATO Zelenskinin “qələbə planını” çox həvəssiz qarşıladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası və NATO-nun mənzil-qərargahı Ukrayna prezidenti Vladimir Zelenskinin “qələbə planına” təmkinlə reaksiya verib.

NOCOMMENT.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış NATO ölkələrinin hərbi idarə rəhbərlərinin Brüsseldə keçirilən görüşündə deyib.

“Biz hamımız ürəyimizdə istərdik ki, qələbə planı həyata keçirilsin. Amma nə Avropa Şurasında, nə də NATO-nun qərargahında böyük ruh yüksəkliyi yoxdur, çünki cəbhədə vəziyyət ağırdır, müharibədən böyük yorğunluq var ”, – deyə o vurğulayıb.

Cənab Kosinyak-Kamış həmçinin hesab edir ki, Ukrayna prezidentinin təklif etdiyi plan “tunelin sonunda reallığı dəyişə biləcək parlaq işığı” təmsil etmir və münaqişəyə son qoya bilər.