Polşa NATO qarşısında öhdəliklərini yerinə yetirdiyi barədə məlumat veribbackend

Polşa NATO qarşısında öhdəliklərini yerinə yetirdiyi barədə məlumat verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Polşanın xarici işlər naziri Şimon Şinkovski vel Senk bildirib ki, Varşava NATO öhdəliklərini nümunəvi şəkildə yerinə yetirir, ÜDM-in az qala 4%-ni müdafiəyə xərcləyir. TVP İnfo onun noyabrın 28-29-da Brüsseldə alyansa üzv ölkələrin xarici işlər nazirlərinin görüşü ərəfəsində söylədiyi sözləri sitat gətirir.

“Polşa Şimali Atlantika Alyansı çərçivəsində öz öhdəliklərini nümunəvi şəkildə yerinə yetirir. Biz ÜDM-in demək olar ki, 4%-ni müdafiəyə sərf edirik və ən əsası Polşanın müdafiə potensialı NATO-nun gücünün ayrılmaz hissəsidir”, – Şinkovski bildirib.

Polşa Xarici İşlər Nazirliyinin rəhbəri NATO-nun növbəti sammitinin gələn il Vaşinqtonda keçiriləcəyini xatırladıb. Nazir bildirib ki, bu zaman Varşava və onun tərəfdaşları Rusiyanı cilovlamaq siyasətini nəzərdən keçirməyi planlaşdırır.