Polşa Rusiyadan gələn qida məhsullarına yüksək rüsumların tətbiq oluna biləcəyini açıqlayıbbackend

Polşa Rusiyadan gələn qida məhsullarına yüksək rüsumların tətbiq oluna biləcəyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya kənd təsərrüfatı məhsullarına yüksək gömrük rüsumları tətbiq oluna bilər ki, bu da onların Avropa İttifaqına axınını məhdudlaşdıracaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Polşanın kənd təsərrüfatı nazirinin müavini Mişal Kolodzeyçak RMF24 radiostansiyasına müsahibəsində bildirib.

Kolodzeyçak bildirib ki, Polşa əvvəllər Rusiyadan “simvolik” miqdarda taxıl alıb:

“Rusiyanın ərzaq məhsullarına çox yüksək gömrük rüsumları tətbiq oluna bilər ki, bu da onların Avropa İttifaqına axınını effektiv şəkildə məhdudlaşdıracaq”, -deyə Kolodzeyçak bildirib.

Rusiyadan alınan daha ucuz gübrələrdən danışan nazir müavini deyib ki, polşalı fermerlərin heç də hamısı onlara qarşı deyil.

“Mən qida axınının məhdudlaşdırılması lehinə çoxlu səslər eşitdim, lakin gübrələrdən söhbət getmirdi. Rusiya gübrələri sadəcə olaraq daha ucuzdur”, – deyə rəsmi qeyd edib.