Polşa təyyarəsi uçuş zamanı yanacaq çənini itiribbackend

Polşa təyyarəsi uçuş zamanı yanacaq çənini itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı yaşayış məntəqəsi üzərində yanacaq çənini itirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Komandanlığı Facebook sosial şəbəkəsində məlumat yayıb.

İdarədən dəqiqləşdiriblər ki, itirilmiş çən boş olub və binalardan bir neçə yüz metr kənara düşüb. İlkin məlumatlara görə, pilotların hərəkətləri müəyyən edilmiş prosedurlara uyğun olub.

“Hadisə nəticəsində heç kim xəsarət almayıb”, – komandanlığın bəyanatında deyilir.

Hadisənin baş vermə şəraiti və səbəblərini Aviasiya Qəzalarının Araşdırılması üzrə Dövlət Komissiyası tərəfindən araşdırılacağı dəqiqləşir.