Polşa Ukrayna üzərindən raketlərin vurulması ideyasının tərəfdarlarının olmadığını açıqlayıbbackend

Polşa Ukrayna üzərindən raketlərin vurulması ideyasının tərəfdarlarının olmadığını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO ölkələri arasında Ukrayna prezidenti Vladimir Zelenskinin ölkə üzərində Rusiya raketlərini vurmaq ideyasının tərəfdarları yoxdur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Polşanın baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib.

Belə ki, o, Ukrayna liderinin digər NATO ölkələrinin dəstəyi olmadan bu ölkənin Ukrayna ərazisi üzərində raketləri vurmağa hazır olmamasına görə Polşaya qarşı narazılığını şərh edib.

Kosinyak-Kamış vurğuladı ki, alyans üzvləri bu barədə “böyük şübhə” yaşayırlar. Onun sözlərinə görə, heç bir ölkə təkbaşına belə qərarlar verməyəcək.

Eyni zamanda o, Ukrayna dövlət başçısının müraciətinə anlayışla cavab verdiyini etiraf edib.

“Prezident Zelenskinin buna çağırışına təəccüblənmirəm, çünki bu, onun roludur, lakin bizim rolumuz Polşa dövlətinin maraqlarına uyğun qərarlar qəbul etməkdir”, – Polşa baş nazirinin müavini qeyd edib.