Polşa və Ukrayna təhlükəsizlik sazişi imzalamağı planlaşdırırbackend

Polşa və Ukrayna təhlükəsizlik sazişi imzalamağı planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa və Ukrayna ikitərəfli təhlükəsizlik sazişi imzalamağı planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Polşanın Polsat telekanalında bildirib.

“Biz Polşa ilə də oxşar sazişin imzalanmasını gözləyirik”, – o vurğulayıb və bildirib ki, hazırda Kiyev NATO-nun müxtəlif ölkələri ilə artıq yeddi təhlükəsizlik sazişi bağlayıb.

Bundan əlavə, Şmıqal qeyd edib ki, Ukrayna NATO-nun iyulda Vaşinqtonda keçiriləcək sammitindən hərbi-siyasi bloka inteqrasiya üçün “ciddi siqnallar və addımlar” gözləyir.