Polşada itmiş Amerika pilotsuz təyyarəsi tapılıbbackend

Polşada itmiş Amerika pilotsuz təyyarəsi tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baza ilə əlaqəni kəsən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus MQ-9 Reaper pilotsuz uçan aparatı Polşanın şimal-qərbində təcili eniş edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Respublika Silahlı Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.

Qeyd olunur ki, martın 18-də saat 23:00-dan sonra (Moskva vaxtı ilə 19 mart 2:00) Polşanın Miroslavets şəhəri yaxınlığında Polşanın hava məkanında uçan Amerika pilotsuz təyyarəsinin təcili enişi baş verib.

Respublika silahlı qüvvələri əmin ediblər ki, qurğunun enişi lazımi prosedurlara uyğun olaraq mühasirəyə alınmış və yaşayış olmayan ərazidə həyata keçirilib. PUA-nın eniş yeri müvafiq xidmətlər tərəfindən mühafizə olunur, hərbi jandarm tərəfindən araşdırma aparılır.

Polşa qüvvələri ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinə məxsus silahsız MQ9 Reaper pilotsuz uçan aparatının baza ilə əlaqəni kəsməzdən əvvəl Miroslaveç aerodromunda planlaşdırılmış rüblük təlimlər keçirdiyini bildirib.

Qeyd edək ki, MQ9 Reaper-in yoxa çıxması martın 18-də məlum olub.