Polşadan rus diplomatlara QADAĞAbackend

Polşadan rus diplomatlara QADAĞA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Varşavadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyindən iyunun 1-dən diplomatların hərəkətinin məhdudlaşdırılmasına dair nota alıb.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, Polşa Xarici İşlər Nazirliyinin rusiyalı diplomatların hərəkətinin məhdudlaşdırılmasına dair notasında səbəblərə dair izahatlar yoxdur.

Zaxarova vurğulayıb ki, Rusiya Polşanın Moskvadakı səfirliyinə və İrkutsk, Kalininqrad və Sankt-Peterburqdakı Baş Konsulluqlarına qarşı cavab tədbirləri görəcək.