Müxalif “Avropa Həmrəyliyi” partiyasının lideri, Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko “Müxalifət Platforması – Həyat naminə” fraksiyasının deputatlarını “Rusiya lideri Vladimir Putinə işlədiklərinə” görə mandatlarından məhrum etməyə çağırıb.
NOCOMMENT.az xəbər verir ki, siyasətçi bu barədə öz Telegram kanalında müvafiq bəyanat yayıb.
“Onlar nə Ukrayna dövlətini, nə də Ukrayna xalqını təmsil etmirlər. Bu otaqda təxribatçılara yer yoxdur! Onlar Putin üçün işləyirlər, ona görə də cavab verməlidirlər”, – deyə o vurğulayıb.
Poroşenko qeyd edib ki, Ali Radaya partiya deputatlarının mandatlarından məhrum edilməsi, eləcə də “beşinci kalon”un fəaliyyətinin qadağan edilməsi ilə bağlı qətnamələr təqdim edilib. Lakin siyasətçinin sözlərinə görə, təşəbbüslər nəzərə alınmayıb.