Prezident Ərdoğan zəlzələ bölgəsinə gedəcəkbackend

Prezident Ərdoğan zəlzələ bölgəsinə gedəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Adıyaman və Kahramanmaraşda zəlzələ qurbanları ilə görüşəcək.

NOCOMMENT xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan günorta saatlarında İstanbuldan zəlzələ bölgəsindəki ilk dayanacağı Adıyamana gedəcək.

Ərdoğan MHP sədri Dövlət Baxçalı ilə birlikdə Adıyamanda qurulan konteyner şəhərini ziyarət edəcək.

Prezident daha sonra 6 fevral zəlzələlərinin episentri olan Kahramanmaraş şəhərinə hərəkət edəcək. Nəhayət, Ramazan bayramında getdiyi şəhərdə zəlzələdən sağ çıxanlarla bir daha görüşəcək.

Hər iki vilayətdə aparılan yenidənqurma və dirçəliş işləri ilə də tanış olacaq Ərdoğan sabah zəlzələdən zərər çəkmiş vilayətlər olan Hatay və Qaziantepə səfər edəcək.