Prezident Ərdoğandan “Srebrenitsa Soyqırımı” mesajıbackend

Prezident Ərdoğandan “Srebrenitsa Soyqırımı” mesajı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinada yaşanan “Srebrenitsa Soyqırımı”nın 28-ci ildönümü ilə bağlı paylaşım edib.

NOCOMMENT.az xəbər verir ki, Ərdoğan paylaşımında ​​bu ifadələrdən istifadə edib:

“Bəşəriyyət tarixində qara iz qoymuş Srebrenitsa Soyqırımının 28-ci ildönümündə şəhidlərimizin kədərli ailələrinə və bütün bosniyalı qardaşlarıma dərin hüznlə başsağlığı verirəm. Bir daha belə vəhşiliklər yaşanmasın deyə Srebrenitsanı heç vaxt unutmayacağıq, unutdurmayacağıq”.

NOCOMMENT.AZ