Prezidenti təhqir etdiyi üçün 50 min cərimə ödəyəcəkbackend

Prezidenti təhqir etdiyi üçün 50 min cərimə ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin müxalif Xalq-Respublika Partiyasının parlanment fraksiyasının rəhbəri Özgür Özel ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə məhkəmə tərəfindən 2 min dollardan çox mənəvi təzminat ödəyəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkə başçısının vəkili Hüseyn Aydın məlumat verib.

“Ankaranın on beşinci Mülki birinci instansiya məhkəməsi bu gün keçirilən iclasda Cümhuriyyət Xalq Partiyası fraksiyasının rəhbəri Özgür Özeli 50 min lirə (2123 ABŞ dolları) mənəvi təzminat cəzasına məhkum edib”, – deyə vəkil bildirib.

Onun sözlərinə görə, kompensasiya Ərdoğana qarşı “əsassız ittiham və təhqirlərə” görə ödəniləcək.
Publika.az