Prezidentin köməkçisi BMT rəhbərliyini qınadıbackend

Prezidentin köməkçisi BMT rəhbərliyini qınadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan dünyada ən nadir, ən dəhşətli postmünaqişə şəraiti ilə üzləşib. Təəssüf ki, Azərbaycana münasibətdə BMT və onun alt institutları tərəfindən hər hansı genişmiqyaslı fəaliyyət yoxdur. BMT-nin ali rəhbərliyi tərəfindən münaqişə başa çatandan sonra regiona hələ də səfər edilməyib.

NOCOMMENT xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada jurnalistlərə açıqlamasında deyib.

H.Hacıyev bildirib ki, normalda 30 ildən çox davam edən, humanitar fəlakətlərə, faciələrə səbəb olmuş postmünaqişə şəraitində BMT-nin ali rəhbərliyi səviyyəsində regiona səfər həyata keçirilməsi, münaqişənin həll olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi faktları təqdir edilməli idi.

“Təəssüf ki, biz BMT rəhbərliyi tərəfindən, – necə ki, 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələri masa üzərində qaldı, – bu məsələdə də hər hansı bir ciddi fəaliyyət müşahidə etmirik”, – Prezidentin köməkçisi vurğulayıb.