Prezidentin köməkçisi: Cəbhədə ermənilərin təxribatı davam edirbackend

Prezidentin köməkçisi: Cəbhədə ermənilərin təxribatı davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cəbhədə ermənilərin təxribatı davam edir. Onlar yenə də bizim mülki insanlarımıza atəş açmaqda davam edirlər”.

NOCOMMENT xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibəsində deyib.

Onun sözlərinə görə, düşmən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açmaqda davam edir: “Ancaq belə davam edəcəksə bizim Silahlı Qüvvələrimiz də onlara cavab vermək məcburiyyətindədirlər. Bu, növbəti dəfə Ermənistanın insani anlaşmalara necə yanaşmasının bir göstəricisidir”.