Prezidentliyə namizəd olacağam – Partiya sədribackend

Prezidentliyə namizəd olacağam – Partiya sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı müzakirələr davam edir. Bəzi partiyalar bu qərarı ani olduğunu bildirsə də, bundan xəbərdar olub, hazırlıq görənlər də var. 

NOCOMMENT.az xəbər verir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Yeni Sabah”a məsələ ilə bağlı açıqlama verib. Deputatın sözlərinə görə, partiya üzvləri öncədən bu barədə məlumatlı olublar:

“Biz bunu çoxdan gözləyirdik və bununla bağlı məlumat var idi. Bizim partiya həmişə seçkilərə hazır olub. Sabah idarə heyətimiz toplanacaq. Müzakirələr aparıb, seçki qərargahı yaradacağıq. Hadisələri və siyasi vəziyyəti dəyərləndirəcəyik. 99 faiz düşünürəm ki, yenidən namizədliyim irəli sürüləcək”.

Partiya sədri bildirib ki, müzakirələrdən sonra cəmiyyətə daha ətraflı məlumat veriləcək:

“Cənab prezidentimizin doğru atdığı addımlar və yürütdüyü siyasət nəticəsində 30 ilə yaxın düşmən tapdağı altında olan ərazilərimiz azad edildi. Bundan əlavə olaraq bütün sahələrdə önəmli işlər görülüb, tədbirlər həyata keçirilib və nailiyyətlər əldə edilib. Amma, buna baxmayaraq, müəyyən çətinliklər də var. Ölkədaxilində narazılıq çoxalıb. Bu ən çox kənd təsərrüfatı sektorunda, yeyinti sənayesində və iqtisadi məsələlərdə özünü büruzə verir. Düşünürəm ki, bütün bunların hamısı nəzərə alınacaq. Ancaq sərəncam yeni imzalandığı üçün müzakirələrə ehtiyac var. Aparılan müzakirələrdən sonra cəmiyyətə geniş məlumat veriləcək”.