Priqojini iki dəfə xəbərdar etdim… – Lukaşenkobackend

Priqojini iki dəfə xəbərdar etdim... – Lukaşenko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinə təhlükəsizlik təminatı vermədiyini bəyan edib.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, Prezident Rusiyada 24 iyun hadisələrindən sonra Yevgeni Priqojinin təhlükəsizliyinə təminat vermədiyini xatırladıb. Onun sözlərinə görə, “Vaqner” qrupunun rəhbəri onunla təhlükəsizlik təminatı məsələsini müzakirə etməyib.

A.Lukaşenko, həmçinin deyib ki, o, Priqojini iki dəfə mümkün mənfi nəticələrlə bağlı xəbərdar edib, lakin Priqojin risk etmək istədiyini deyib. Prezident onu da bildirib ki, qiyam zamanı vaqnerçilər Priqojinlə telefonla danışıb, onun və tərəfdarları üçün ölüm riski barədə xəbərdarlıq edib.

“Onlar cəhənnəmə, mən öləcəyəm!” – deyə Lukaşenko Priqojinin sözlərini sitat kimi göstərib.

“Mən ona deyirəm: Jenya, mən sənə bir kəndir və sabun göndərəcəm. O isə “mən bunu istəmirəm, qəhrəman kimi öləcəyəm” dedi. İkinci dəfə bu mövzu o, Dima Utkin ilə yanıma gələndə oldu. Mən onların hər ikisinə qəti şəkildə xəbərdarlıq etdim”, – deyə A.Lukaşenko vurğulayıb.