Prius bu dəfə mikroavtobusa çırpıldı: Ölən varbackend

Prius bu dəfə mikroavtobusa çırpıldı: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 20-də saat 12 radələrində Tərtər şəhəri ərazisində Səhləbad kənd sakinləri P.Sabirzadənin idarə etdiyi “KİA” və T.Cabbarovun idarə etdiyi “Toyota Pirus” avtomobilləri toqquşub.

Daxili İşlər Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, daha sonra “Toyota Pirus” avtomobili yolun kənarında dayanmış rayon sakini R.Səmədova məxsus “Mercedes” markalı mikroavtobusa dəyib.

Nəticədə T.Cabbarovun sərnişini Xəyal Rüstəmzadə hadisə yerində ölüb, avtomobillərdə olan 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.