“Prius”larda heç bir problem yox imiş – Ekspert yazırbackend

“Prius”larda heç bir problem yox imiş – Ekspert yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Avtomobil təlimçisi Adil Nəbiyev Valyuta.az üçün yazır…

“Toyota Prius”ların ən çox qəzaya səbəb olması bildirilirdi. Çox adamda bu fikir var ki, bu avtomobillərin qəza səbəbi onların sürücüləri yox, birbaşa avtomobillərin özüdür. Taksi sürücüləri təlimlərə cəlb olunmayana qədər düzü, elə mən özüm də bu cür yanaşmalara inanmağa başlamışdım. Əslində, qəzalara səbəb olan bu avtomobillər yox, elə sürücülər özləri imiş.

Düz deyiblər ki, 100 dəfə eşitməkdənsə, 1 dəfə görmək daha yaxşıdır. Təlim keçdiyim “Toyota Prius” markalı avtomobillərlə kəskin tormozlama edən zaman dəfələrlə şahidi oldum ki, bu avtomobildə heç bir problem yox imiş.

Ən köhnə modellərinə belə vaxtı vaxtında qulluq olunursa, tormoz yolları digər modellərdən daha qısa olurdu. Şəxsən özüm dəfələrlə sükan arxasına əyləşərək, ara məsafəsini, tormoz yolunu fərqli yol səthində yoxladım. Belə qənaətə gəldim ki, sadəcə el arasında düzgün qiymətləndirmə, yanaşma olmadığı üçün bu model avtomobillər hamımızın demək olar ki, gözümüzdən düşüb.