Prokurorluq mina partlayışını ARAŞDIRIRbackend

Prokurorluq mina partlayışını ARAŞDIRIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 8-i saat 18 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində 2 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna araşdırma aparılır.

Bu barədə NOCOMMENT.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan 1986-cı il təvəllüdlü Pərviz Nəcəfov və 1989-cu il təvəllüdlü Ramin Əliyevin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.