Prokurorluq: Rəfael Cəbrayılovun qardaşı ötən ay ev dustaqlığına buraxılıbbackend

Prokurorluq: Rəfael Cəbrayılovun qardaşı ötən ay ev dustaqlığına buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi media səhifələrində Milli Məclisin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq deputatı Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun azadlığa buraxılması ilə bağlı informasiyalar yayılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq) maddəsi ilə başlanaraq istintaqının aparılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmiş iş üzrə Elşən Cəbrayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı Apellyasiya Məhkəməsinin 22.04.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

23.07.2022-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Elşən Cəbrayılov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.