Psixiatriya Xəstəxanasında ölən Miri ilə bağlı yeni detalbackend

Psixiatriya Xəstəxanasında ölən Miri ilə bağlı yeni detal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprel 4-də Gəncə Şəhər Psixiatriya Xəstəxanasında müalicə alan 1992-ci il təvəllüdlü Miri İsmayılovun ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə Gəncə şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

İlkin istintaq tədbirləri nəticəsində toplanmış sübutlar əsasında həmin xəstəxanada müalicə alan 1980-ci il təvəllüdlü Zaur Mustafayevin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Gəncə Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.