Psixoloq: Bu hadisələrin yayımlanmasına dövlət qadağa qoymalıdırbackend

Psixoloq: Bu hadisələrin yayımlanmasına dövlət qadağa qoymalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər il təxminən 800 min adam intihar səbəbiylə ölür və bu hər 40 saniyədə bir nəfər deməkdir. İntihar ömürboyu baş verə bilən bir şeydir və qlobal səviyyədə 15-29 yaş arasındakı insanların ölümünün ikinci aparıcı səbəbidir. İntihar qlobal bir fenomendir. Azərbaycanda da intiharların artması artıq hər kəsi narahat edən bir problemdir.

“Son zamanlar dünyada baş verən fövqəladə hallar, yəni pandemiyanın olması, insanlarda qeyri-müəyyən düşüncələrin artması bir çox psixikasında zəifliyi olan, sinir sistemində kəskin pozuntular olan insanlara mənfi təsir edir” .

Bu barədə NOCOMMENT-ə açıqlamasında psixoloq Gülər Məmmədova danışıb.

Psixoloq qeyd edib ki, intiharların yayılmaması üçün cəmiyyət olaraq mübarizə etməliyik: “İntihar hallarının daha geniş vüsət almaması üçün müəyyən tədbirlər görülməlidir. Bu baxımdan media nümayəndələri və sosial media istifadəçilərinin üzərinə böyük yük düşür. Media nümayəndələri intihar hadisələrini təfərrüatları ilə işıqlandırmamalıdırlar. Məsələ tək jurnalistlərlə bitmir, gərək sosial media istifadəçiləri də bu kimi xəbərləri yazarkən diqqətli olsunlar. Ümumiyyətlə, intihar hadisələrinin yayımlanmasına dövlət tərəfindən qadağa qoyulmalıdır”.

Nərmin VÜQARQIZI