Pul köçürmələrində DƏYİŞİKLİK: Gürcüstandan Azərbaycana axın niyə bu qədər ARTIB? – İnanılmaz SƏBƏBLƏRbackend

Pul köçürmələrində DƏYİŞİKLİK: Gürcüstandan Azərbaycana axın niyə bu qədər ARTIB? – İnanılmaz SƏBƏBLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycandan Gürcüstana göndərilən pul köçürmələri ötən illə müqayisədə 9,57% azalıb, əvəzində Gürcüstandan Azərbaycana edilən köçürmələr isə 49,4% artıb.

Mövzunu NOCOMMENT.az-a şərh edən iqtisadçı Xalid Kərimli bildirib ki, bu dəyişiklik Cənubi Qafqazdakı iqtisadi dinamikanın yeni reallığını əks etdirir.

Xalid Kərimli

Ekspertin sözlərinə görə, əsas səbəb Gürcüstan iqtisadiyyatının son illərdə sürətlə böyüməsi ilə bağlıdır:

“Gürcüstan iqtisadiyyatı sürətlə inkişaf edir, adambaşına düşən ÜDM yüksəlir, orta aylıq əməkhaqqının artım tempi isə Azərbaycanı xeyli üstələyir. Gəlirlər artdıqca, Gürcüstanda iş imkanları da çoxalır. Bu səbəbdən azərbaycanlıların bir hissəsi gedib Gürcüstanda işləməyə başlayıb və oradan ailələrinə pul göndərirlər”.

Xalid Kərimli qeyd edib ki, əvvəlki illərdə vəziyyət əksinə idi:

“Azərbaycanda daha çox qazanc əldə etmək imkanı olduğundan Gürcüstana pul axını üstünlük təşkil edirdi.

İndi isə proses tam tərsinə dönüb. Gürcüstanda işləyib Azərbaycana vəsait göndərirlər”.

Cari dinamika göstərir ki, bu meyl gələcəkdə də Gürcüstanın xeyrinə güclənəcək”, – deyə iqtisadçı vurğulayıb.

Onun sözlərinə görə, yaxın illər üçün proqnozlar Gürcüstanda adambaşına iqtisadi göstəricilərin və əməkhaqqının artım tempinin Azərbaycanı üstələməkdə davam edəcəyini göstərir. Bu isə iki ölkə arasında pul axınlarının strukturunu dəyişdirməyə davam edəcək”.

Ekspert hesab edir ki, baş verən dəyişikliklər Cənubi Qafqazda yeni iqtisadi tendensiyanın formalaşdığına işarədir və gələcək əmək bazarı münasibətlərinə də təsir göstərəcək.

Aynurə İsmayıl