İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya rəsmiləri ilə danışıqlar aparmaq üçün Moskvaya səfər edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Səfər zamanı o, Rusiyanın yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli münasibətlər, eləcə də regionda və dünyada baş verən hadisələrlə bağlı məsləhətləşmələr aparacaq”, – deyə məlumatda qeyd edilib.
Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcək.
O, görüşün yaxın günlərdə baş tutacağını qeyd edib.









