Putin Hitlerin səhvini təkrarlayır – Hərbi ekspertbackend

Putin Hitlerin səhvini təkrarlayır – Hərbi ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya diktatoru Putinin şəxsən Ukraynaya qarşı müharibə aparması, bizim üçün müsbət məna daşıyır”.

NOCOMMENT.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Jdanov bildirib ki, Rusiya “xüsusi əməliyyatı”na hərbçilər deyil, siyasətçilər rəhbərlik edir: “Putin müharibənin gedişatına nə qədər çox təsir etsə, bu savaş bir o qədər tez onların məğlubiyyətilə yekunlaşacaq. Yaxşısı budur ki, elə Putin özü bu müharibəyə başçılıq etsin. Putin Hitler vaxtilə etdiyi səhvi təkrarlayır. Hitler də İkinci Dünya Müharibəsində hər həftə feldmarşalları dəyişir, şərq və qərb cəbhələrində müharibənin gedişində köklü dəyişikliyə nail olmağa çalışırdı”.

Ekspert Ukraynanın əks-hücum imkanlarınıda dəyərləndirib: “Bu hücumların intensivliyi Qərbin silah tədarükündən asılı olacaq. Biz yeni növ sialhlardan istifadə etməyi çox tez öyrənirik. Ona görə də bununla bağlı heç bir problem olmayacaq. Qərb tərəfdaşlarımız bizə nə qədər tez texnika və silah göndərsələr, bu hücum qruplarıda bir o qədər tez formalaşacaq. Düşünürəm ki, Ukrayna ordusu iyun ayının sonlarından etibarən əks-hücum əməliyyatlarına başlayacaq”./AzPolitika.info