Putin ilk səfərini Çinə edəcəkbackend

Putin ilk səfərini Çinə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin beşinci inauqurasiyasından sonra ilk xarici səfərini Çinə edə bilər.

NOCOMMENT.az xəbər verir ki, Rusiyanın “Vedomosti” nəşrinin yazdığına görə, Putin Çinə mayın ikinci yarısında səfər edəcək. Hazırlıqlar barədə məlumatı “Vedomosti”yə səfərin təşkili prosesini bilən iki həmsöhbət təsdiqləyib.

Mənbənin sözlərinə görə, müzakirələrin gündəliyinə ilk növbədə regional təhlükəsizlik, ikitərəfli münasibətlər, Rusiya və Çin arasında elmi-texniki əməkdaşlığın genişləndirilməsi, həmçinin Belarusun yaxın vaxtlarda qoşulacağı Şanxay Əməkdaşlıq Təşkilatının genişləndirilməsi prosesi və BRİCS-in işi daxil olacaq.