Putin: Moskva və Ankara yeni ildə ikitərəfli siyasi dialoqu inkişaf etdirməyə davam edəcəklərbackend

Putin: Moskva və Ankara yeni ildə ikitərəfli siyasi dialoqu inkişaf etdirməyə davam edəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Moskva və Ankara gələn il ikitərəfli siyasi dialoqu inkişaf etdirməyə davam edəcəklər.

NOCOMMENT xəbər verir ki, Kremldən verilən açıqlamaya görə, Putin göndərdiyi mesajlarla bəzi ölkələrin liderlərini yeni il münasibətilə təbrik edib.

Prezident Rəcəb Tayyib Ərdoğana yeni il təbriki göndərən Putin Rusiya ilə Türkiyə arasında çoxşaxəli əməkdaşlığın inkişafı üçün son vaxtlar çox iş görüldüyünü vurğulayıb. Hər iki ölkənin birgə səylərlə böyük enerji və infrastruktur layihələri həyata keçirdiyini xatırladan Putin, regional münaqişələrin həllinə Rusiya və Türkiyənin də töhfə verdiyini qeyd edib. Putin, “Gələn il Moskva və Ankara Avrasiya qitəsində təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi məqsədilə dost xalqların rifahı naminə müxtəlif sahələrdə səmərəli əməkdaşlığı və ikitərəfli siyasi dialoqu inkişaf etdirməyə davam edəcəklər” deyib. dedi.