Putin Qərbi ikiüzlülükdə ittiham etdibackend

Putin Qərbi ikiüzlülükdə ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taxıl dəhlizi sazişindən çıxan Rusiya Afrika ölkələri sammitinə ev sahibliyi edib.

NOCOMMENT.az xəbər verir ki, müqavilənin uzadılmamasına səbəb kimi Qərbi göstərən Rusiya prezidenti Vladimir Putin 6 Afrika ölkəsinə pulsuz taxıl daşınacağına söz verib.

Sammitdə ötən ay qiyam qaldıran Vaqner lideri Yevgeni Priqojin də iştirak edib.

Sammitdə çıxış edən Putin Rusiyanın dünyaya taxıl və gübrə ixracının qərb ölkələri tərəfindən çətinləşdirildiyini iddia edərək “Onlar riyakarlıqla bizi qlobal ərzaq bazarındakı böhrana görə günahlandırırlar. Bu, taxıl müqaviləsinin icrasında aydın şəkildə göründü”, – deyə o bildirib.

“Bizim danışdıqlarımızın və bizə vəd edilənlərin heç biri baş vermədi. Rusiyanın dünya bazarlarına taxıl və gübrə ixracının sanksiyalardan çıxarılması ilə bağlı sazişin şərtlərinin heç biri yerinə yetirilməyib. Qarşılıqsız olaraq maneələr qoyulub” deyən Putin ona görə də onlar taxıl sazişindən geri çəkildiklərini açıqlayıb.

NOCOMMENT.AZ