Putin qışdan Ukraynaya qarşı silah kimi istifadə etməyə çalışırbackend

Putin qışdan Ukraynaya qarşı silah kimi istifadə etməyə çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya prezidenti Vladimir Putinin qışdan Ukraynaya qarşı silah kimi istifadə etməyə çalışdığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, o, Ukraynanın elektrik şəbəkəsi və təbii qaz infrastrukturuna hücumlarını davam etdirəcəyini gözlədiyini deyib.

Stoltenberq 29-30 noyabr 2022-ci il tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək NATO Xarici İşlər Nazirləri toplantısından əvvəl Rumıniya Prezidenti Klaus İohannis ilə birgə mətbuat konfransı keçirib.

Xarici işlər nazirlərinin Ukraynaya mümkün dəstək yollarını müzakirə edəcəklərini bildirən Stoltenberq, “Putinin qalib gəlməsinə imkan verə bilmərik. Bu, bizə güc tətbiq etməklə hədəflərə çata bilməyin mümkün olduğunu göstərər” deyə qeyd edib.

Stoltenberq Rusiyanın Ukraynanın elektrik şəbəkəsinə, təbii qazına və əsas xidmət infrastrukturuna hücumlarının davam edəcəyi ehtimalının olduğunu bildirilb.

“Qışa girdiyimizdə bunu etməsi prezident Putinin hazırda qışdan Ukraynaya qarşı bir müharibə silahı olaraq istifadə etməyə çalışdığını göstərir.”

Jalə Bədirova

NOCOMMENT.az