Putin Ukraynanın NATO-ya üzv olmaq cəhdlərindən danışıbbackend

Putin Ukraynanın NATO-ya üzv olmaq cəhdlərindən danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev Moskva ilə münasibətlərə yanaşmasının mənasız olduğunu tez dərk etsə, hamı üçün daha yaxşı olar.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” proqramı üçün jurnalist Olqa Skabeyevaya müsahibəsində deyib.

Dövlət başçısının da dediyi kimi, Qərb siyasətçiləri daim deyirlər ki, Ukrayna öz təhlükəsizliyini necə təmin edəcəyinə özü qərar verməlidir. Xüsusilə, söhbət ölkənin NATO-ya daxil olmasından gedir.

“Yaxşı, əgər onlar (Ukrayna hakimiyyəti) bunu bəyənirlərsə, bunu etsinlər. Amama mənə elə gəlir ki, getdikcə daha az bəyənirlər. Və onlar Rusiya Federasiyası ilə münasibətlərdə belə yanaşmanın mənasızlığını nə qədər tez dərk etsələr, bu, hamı üçün bir o qədər yaxşı olar”, – Rusiya lideri qeyd edib.

O, bundan ilk növbədə Kiyevin özünün faydalanacağını istisna etməyib.