Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Pul Pervogo” Telegram kanalının məlumat yayıb.
İki ölkə liderlərinin nəyi müzakirə etdiyi açıqlanmayıb.
Kreml daha sonra bildirib ki, Putin və Lukaşenko ikitərəfli əməkdaşlıq, o cümlədən enerji, eləcə də aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bundan başqa, prezidentlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə keçiriləcək sammitində və Sankt-Peterburqda MDB dövlət başçılarının ənənəvi görüşü zamanı əlaqələri davam etdirmək barədə razılığa gəliblər .
Cümə günü, noyabrın 14-də Putin üç beynəlxalq telefon danışığı aparıb . Rusiya lideri əvvəlcə qazaxıstanlı Kasım-Jomart Tokayevlə, daha sonra özbəkistanlı Şavkat Mirziyoyevlə , daha sonra isə tacikistanlı Emoməli Rəhmonla danışıb .













