Putin yaxşı bilir ki, artıq gecdir, Azərbaycanı durdurmaq mümkün deyil – Rəsul Quliyevbackend

Putin yaxşı bilir ki, artıq gecdir, Azərbaycanı durdurmaq mümkün deyil – Rəsul Quliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putinin Qafqaz siyasəti gün kimi aydındır. Onun kobud, qonşularına və ümumiyyətlə aqressiya siyasəti bəsitdir və atacağı istənilən addım əvvəlcədən məlumdur. Putinin analoqu tarixdə olub. Məsələn İtaliyanın diktatoru Mussolini. Onunda atacağı addımlar əvvəlcədən məlum idi. Bu yaxınlarda Gürcüstanı həm Avropa İttifaqına, həm də NATO-ya qəbul edəcəklər. Rusiya Gürcüstandan qopartdığı Cənubi Asetiya və Abxaziya ilə kifayətlənəcək. Rusiyanın istənilən quberniyasından kiçik olan Asetiya taleyindən razıdır, Rusiya Federasiyasını “sağmal inək” kimi sağır ona başqa heç nə lazım deyildir. Abxaziyanın nə vaxta qədər Rusiyaya quluq gözstərəcəyi məlum deyil. Gürcüstanda 2021 dönüş ili olacaq, çox böyük sürətlə inkişafa başlayacaq”.

NOCOMMENT.az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib.

Eks-spikerin sözlərinə görə, Rusiya Azərbaycan -Ermənistan münaqişəsi fundamentində hər iki ölkəni tam asılı vəziyyətə salmaq istəyir:

“Yəni “Azərbaycan və Ermənistan arasında Rusiyanın iştirakı olmadan heç bir danışıqlar aparıla bilməz” formasında. Məqsəd də hər iki ölkəni Putinlə hesablaşmağa vadar etməkdir.

Azərbaycanın sovetdən qalma sərhədlərini bərpa etməsi əlbətdə ki, Azərbaycanın haqqıdır. Bu proses nə qədər tez başlasa bir o qədər yaxşı olar.

İkinci Qarabağ müharibəsi, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə nəticələndi. Rusiyanın istədiyi nəticəni vermədi. Yəni Putin Paşinyanı zorla istefaya göndərib sonra da həbs etməyə nail ola bilmədi. Putinin Ermənistanda dəstək verdiyi müxalifət liderlərinin heç birinin Ermənistanda Paşinyan səviyyədə yox, heç ona yaxın bir reytinqə çatanı belə yoxdur”.

“Azərbaycanın Milli Ordusunun rəşadəti açığı cənab Putini çaşdırdı desəm, lap doğru olardı. İşğaldan sonra prezident Əliyevin Putinlə razılaşdırmadan onun əleyhinə atdığı bir neçə köklü addım oldu.

– Qələbə paradının keçirilməsi;

– Vətən müharibəsinə həsr edilmiş parkın açılışı;

– Və bu proseslərin pik nöqtəsi olan Qrandioz Şuşa müsiqi festivalı… 

Bütün bunlara paralel olaraq “İsgəndər M” raketləri ilə bağlı Prezident Əliyevin ortaya qoyulmuş olduğu mövqeyi, həmçinin dünyanın əsas tele kanallarına verdiyi müsahibələri də göstərmək olar. Hansı ki, bu müsahibələr artıq Azərbaycanın tabeçilikdən çıxaraq müstəqil dövlət siyasəti apardığının açıq nümayişi idi”, – deyə R.Quliyev şərh bildirib.

Eks-spiker qeyd edib ki, hazırda isə özündən müştəbeh Putin bu prosesin qarşısını almaq üçün daha yaramaz metodlara əl atır:

“Yəni Azərbaycanla Ermənistan arasında yeni müharibə qızışdırmaqla yenidən arbitra çevrilmək istəyir. O, həm Azərbaycanın, həm də Ermənistanın qərb sivilizasiyasına meyilli olduqlarını görməyə bilməz.

Paşinyanı Təhlükəsizlik Şurasına müraciətə məcbur etməklə bir şeyə nail olmaq mümkün deyil. Təhlükəsizlik şurası maksimum komisiya yaradıb məsələni araşdırmağa cəhd edə bilər. Bu da vaxt götürər və o vaxtacan Ermənistanda seçkilər başa çatar və Paşinyan bu seçkilərdən daha güclü Baş nazir kimi çıxar.

Yenidən seçiləcək baş nazir Paşinyanın siyasəti məlumdur. Zəngəzur dəhlizini açmaq, Azərbaycanla sərhəd demorkasiyasını Rusiyasız başlamaq, Türkiyə Cümhuriyyəti ilə diplomatik əlaqələr yaratmaq, Azərbaycanla enerji, qaz, yanacaq və sair əlaqələridə inkişaf etdirmək. Bütün bunlara paralel isə Rusiya qoşunlarını ərazilərindən çıxarmaqla Avropa İttifaqı və NATO-ya daxil olmaq.

Əlbətdə Putin bütün bunların qarşısını istənilən yolla almağa çalışacaq. Bir tək Azərbaycanın yürütdüyü müstəqil siyasətin qarşısını ala bilməyəcək. Putin yaxşı bilirki, artıq gecdir. Azərbaycanı durdurmaq mümkün deyildir.

Putinin Qafqaz siyasətinin mənzərəsi fikirimcə bundan ibarətdir.”