Putinin danlağı nəticə verdi: Qiymətlər ucuzlaşdıbackend

Putinin danlağı nəticə verdi: Qiymətlər ucuzlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada bəzi ərzaq məhsullarının qiyməti ucuzlaşıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Statistika Federal Xidməti məlumat yayıb.

Məlumata görə, ölkədə günəbaxan yağının qiyməti 19 həftədən, şəkərin qiyməti isə 25 həftədən sonra ucuzlaşmağa başlayıb.

Rusiyanın 40 regionunda şəkər 0.1-2.8 faiz, 36 subyektdə isə 3-8.8 faiz arasında ucuzlaşıb. 7 subyektdə isə qiymətlər 0.4-3.1 faiz artıb.

Günəbaxan yağı isə 32 regionda 0.1-2.9 faiz, 17 subyektdə isə 3.1-7.6 faiz arasında ucuzlaşıb.

Qeyd edək ki, bir meddət əvvəl Rusiya Prezidenti Vladimir Putin hökumətin iclasında ölkədə qiymətlərin bahalaşmasına görə nazirləri kəskin tənqid etmişdi.
Axar.az