KoronaVirus İnformasiya Portalı
Putinin Qarabağla bağlı 10 məğlubiyyəti – Rusiyalı iqtisadçıdan TƏHLİLbackend

Putinin Qarabağla bağlı 10 məğlubiyyəti – Rusiyalı iqtisadçıdan TƏHLİL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı iqtisadçı Andrey İllarionov “Exo Moskva” kanalında Rusiyanın Dağlıq Qarabağ siyasəti ilə bağlı maraqlı təhlillə çıxış edib.

NOCOMMENT unikal.org-a istinadən məşhur iqtisadçının həmin təhlilini təqdim edir:

“Dağlıq Qarabağdakı vəziyyətlə bağlı noyabrın 17-də mətbuatın suallarını cavablandırarkən Vladimir Putin 44 günlük İkinci Qarabağ müharibəsinin Rusiyaya vurduğu ağır məğlubiyyəti etiraf edib.

Putini bu etirafa məcbur edən səbəb İrəvanda siyasi böhranın dərinləşməsi olub. Məlumdur ki, Ermənistan Prezidenti Armen Sarkisyan növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edib. Hansı ki, onun baş verməsi hazırki hökumətin getməsi və Nikol Paşinyanın istefasına gətirəcək.

Qeyd edək ki, Putin son iki il yarımda məhz Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına çalışıb.

Lakin bu məqsədinə çatmaq ərəfəsində Putin anlayıb ki, ona nail olmaq ağır fəlakətlərə gətirib çıxara bilər.

Mətbuat nümayəndələrinin suallarını cavablandırarkən Putin mənəvi baxımdan Paşinyana dəstək olaraq, azı 3 dəfə onun erməni xalqı qarşısında “dürüst mövqe” sərgilədiyini qeyd edərək, Ermənistanda hakimiyyət dəyişikliyi əleyhinə çıxış edib: “Bu ölümə bərabər olardı. Müharibə aparan ölkə hər bir sahədə, o cümlədən hakimiyyətin təşkili sferasında özünü belə apara bilməz. Fikrimcə, buna qətiyyən yol vermək olmaz. Onun əks təsirləri ola bilər və olduqca təhlükəlidir”.

Nədən Putin sevmədiyi Paşinyanın müdafiəsinə qalxıb?

Buna səbəb Paşinyanın nəinki Ermənistanın, o cümlədən Rusiyanın müharibənin gedişində məğlubiyyəti fonunda Putinin düşmənindən onun məcburi müttəfiqinə çevrilməsi hadisəsi olub. Məğlubiyyət Kreml üçün ona görə ağır olub ki, bu zərbəni vuran Azərbaycan olub.

Artıq neçə ildir İlham Əliyev bəyan edirdi ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün tək diplomatik vasitələrlə kifayətlənməyəcək, hərbi gücdən də istifadə etməyə hazırdır. Burada Putin üçün əslində qeyri-adi heç nə yoxdur. O özü məhz Çeçenistan, Gürcüstan, Ukrayna, Suriya və Liviyada hərbi güc tətbiq edib. Lakin bir var güc vasitəsindən özün istifadə edəsən, bir də var digər dövlətin güc tətbiqinin obyekti olasan. Putin bu vəziyyətə müqavimət göstərmək imkanından məhrum olub. Putin nəinki Azərbaycana sentyabrın 27-də hərbi əməliyyata başlamağa əngəl ola bilmədi. O hətta Azərbaycanın hərbi gücünün Ermənistandan qat-qat güclü olduğu bütün çılpaqlığı ilə üzə çıxan anda da hərbi əməliyyatları dayandıra bilmədi.

Hərbi əməliyyatlar noyabrın 9-da dayandırıldı. Ancaq heç də “Putinin işə qarışması” ilə yox. Putinin müsahibəsi göstərir ki, o müharibənin əvvəlindən ona müdaxilə edib. Hərbi əməliyyatlar noyabrın 9-da Şuşanın alınması və Xankəndinin təhlükə altına düşməsi fonunda dayandırılıb.

Putinin ilk 3 məğlubiyyəti bunlardır:

Birincisi, o, müharibənin başlanmasının qarşısını ala bilməyib.

İkincisi, o istədiyi halda belə hərbi əməliyyatları dayandıra bilmədi.

Üçüncüsü, hərbi əməliyyatlar “Putinin işə qarışması” ilə deyil, müttəfəqinin kapitulyasiyası fonunda dayandırıldı.

Putin deyib ki, bu hadisə nəticəsində güc balansının saxlanılacağına ümid edirdik: “Əmin edirəm ki, Ermənistan özünü atılmış hesab etmirdi. Rusiya hər şeyi etdi ki, bu baş verməsin. Rusiya həmçinin hərbi-texniki əməkdaşlıq sahəsində Ermənistan qarşısında özünün bütün öhdəliklərini yerinə yetirib.

Bu etiraf nə deməkdir? Bu o deməkdir ki, Rusiyanın Ermənistanı xilas etmək üçün verdiyi bu yardımlar lazımi dərəcədə olmayıb, həm keyfiyyətsiz, həm də qeyri-effektiv olub. Bu həm də o deməkdir ki, Türkiyənin Azərbaycana yardımı rusların İrəvana köməyindən daha güclü olub. Deməli, Türkiyə Rusiyadan güclü çıxıb. Bu Putinin dördüncü məğlubiyyətidir.

Putinin növbəti məğlubiyyəti isə, Qarabağ problemi üzrə danışıqlar formatının dəyişməsi oldu. 25 ilə yaxındır ki, Rusiya Minsk qrupunun üç həmsədrindən biri idi. Hələ oktyabrın 1-də Putin Qarabağla bağlı həmkarları Tramp və Makronla birgə üçtərəfli bəyanat imzaladılar.

40 gündən sonra isə o növbəti üçtərəfli sazişi İlham Əliyev və Paşinyanla imzaladı. Kiçik ölkələrə öz maraqlarını diktə edən üç süper dövlətin səlahiyyətli nümayəndəsi olmaq əvəzinə, Putin Əliyevin diktə etdiyi tələbləri korrektə edən birisinə çevrildi: “Əslində vasitəçi rolunu öz üzərimə götürməli oldum. Lakin faktiki olaraq bu bərabərhüquqlu üçtərəfli oldu”.

Putinin 6-cı məğlubiyyəti isə üçtərəfli sazişdə Qarabağın statusu ilə bağlı hər hansı bir məlumatın yer almaması idi: “Qarabağın son statusu öz həllini tapmayıb. Biz qərara gəldik ki, status-kvonu hazırda mövcud olan vəziyyətə uyğun olaraq saxlayırıq. Sonra nə olacağını isə gələcək göstərəcək”.

Putindən fərqli olaraq Əliyev bəyan etdi ki, Qarabağın artıq heç bir statusundan danışmaq olmaz. Amma görürük ki, Putin fərqli düşünür. Lakin həqiqətən də 9 noyabr bəyannaməsində Qarabağın statusu barədə heç bir məlumat yer almayıb.

Putinin 7-ci məğlubiyyəti üçtərəfli sazişin 5-ci maddəsidir. Burada Rusiya-Türkiyə birgə sülhməramlı mərkəzin yaradılması nəzərdə tutulur. Bu hal qonşu və münaqişə tərəflərinə müttəfiq olan dövlətlərin həmin prosesdə iştirakını qadağan edən sülhməramlı missiyanın həyata keçirilməsinin baza prinsiplərinin pozulması deməkdir. Başlıcası isə odur ki, əvvəllər Rusiya hakimiyyəti vaxtilə öz tərkibinə daxil olan ərazilərdə NATO üzvü olan Türkiyə hərbçilərinin olmasına razılıq verməyib. İndi isə Türkiyə hərbçiləri daimi əsasda özü də Putinin yazılı və şifahi razılığı ilə Azərbaycanda olacaqlar.

Putinin daha bir məğlubiyyəti onun həm Türkiyə hərbçilərinin mandatını, həm də onların prosesdə istifadə edəcəkləri texniki vasitələri qəbul etməsi faktıdır. Bu isə o deməkdir ki, Putin türk dronlarının ermənilərə nəzarət etməsinə razılıq verib.

Putin, həmçinin Azərbaycanın prinsipcə yeni beynəlxalq statusunu qəbul etməli olub. Bu da onun növbəti səhvidir. “Azərbaycan müstəqil suveren dövlətdir. Azərbaycan öZünə istədiyi formada müttəfiq seçmək hüququna malikdir. Buna heç kim etiraz edə bilməz”.

Məlumdur ki, belə açıqlama ilə Putin Gürcüstan, Ukrayna, Moldova, Belarusla bağlı olaraq heç zaman çıxış etməyib. Azərbaycana isə yaşıl işıq yandırdı.

Nəhayət, Putinin 10-cu məğlubiyyəti Ərdoğan Türkiyəsinin yeni formalaşan beynəlxalq mövqeyini tanımasıdır. Hazırda Türkiyə o vəziyyətdədir ki, Putin onunla hesablaşmaq məcburiyyətindədir.