Putinin Ukrayna ilə bağlı düşüncələrində daha axmaq senari mövcuddur – İLGİNC AÇIQLAMAbackend

Putinin Ukrayna ilə bağlı düşüncələrində daha axmaq senari mövcuddur – İLGİNC AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Ukraynaya dəstəyin yeni mərhələsinə keçir. Bununla bağlı Boris Conson Nazirlər Kabinetinə tapşırıq verib. Belə ki, Conson Ukraynaya daha öldürücü silahlar verəcəklərini açıqlayıb. Münaqişənin sülh yolu ilə nizamlanmasına çalışmalı olan Qərbin Ukraynaya silah verərək sanki müharibəni daha da alovlandırmaqda maraqlı görünməsi müəyyən suallar yaradır. Consonun təbirincə desək Ukraynaya öldürücü silahların verilməsi nə ilə nəticələnə bilər?

NOCOMMENT.az xəbər verir ki, mövzunu konkret.az-a politoloq Qabil Hüseynli şərh edib. O bildirib ki, ocağın üzərinə benzin tökən Rusiyadır: “Rusiya hücum edib və Ukraynanı faktiki olaraq dağıdıb. İndi də qoşunları çıxarmaq üçün səfeh şərtlər irəli sürür. Bu nöqteyi nəzərdən yanaşsaq Qərb tələsməməli və Putinlə hər hansı bir kompramisə getməməlidir. Çünki Putinin Ukrayna ilə bağlı düşüncələrində daha axmaq senari mövcuddur”.

Qabil Hüseynli geri addım atdı: “Dünənki emosional sözlərimdən imtina  edirəm” | KONKRET

Politoloq əlavə edib ki, indiki şəraitdə Rusiyanın hərəkətlərinin qarşısını ala bilmək üçün bu silahlara ehtiyac var: “Çünki Kremlin təcavüzünün qarşısını ala bilməsələr, gələcəkdə daha ciddi fəsadlarla qarşılaşacaqlar. Bu silahların verilməsi Ukraynanın Rusiyanı öz ərazisindən qovub çıxarması ilə nəticələnəcək”.