Qaçqın düşərgəsində azərbaycanlıya xəsarət yetirən şəxs saxlanıldıbackend

Qaçqın düşərgəsində azərbaycanlıya xəsarət yetirən şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Bavariya əyalətindəki qaçqın düşərgəsində Azərbaycan vətəndaşına xəsarət yetirən suriyalı saxlanılıb.

NOCOMMENT-in report-a istinadən məlumatına görə, hadisə ötən gün axşam saatlarında sığınacaq axtaranların deportasiyası üçün nəzərdə tutulan düşərgədə qeydə alınıb.

Hamam otağında isti suya görə azərbaycanlı ilə suriyalı arasında düşən mübahisə əlbəyaxa davaya çevrilib.

Suriya vətəndaşı, 35 yaşlı K.Muhammed 31 yaşlı azərbaycanlıya baş nahiyəsindən ağır xəsarət yetirib. Hadisə yerinə polis və təcili yardım briqadası gəlib.

Yaralı azərbaycanlı yaxınlıqdakı xəstəxanaya aparılıb. Hadisə yerindən qaçan suriyalı isə başqa şəhərə getmək üçün mindiyi qatarda saxlanılıb.

Faktı Deggendorf şəhər polis təşkilatı və prokurorluğu araşdırır.