Qaçqınkom Bakıda daha 3 yaşayış binası tikəcəkbackend

Qaçqınkom Bakıda daha 3 yaşayış binası tikəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (“Qaçqınkom”) Bakıda daha 3 yaşayış binası tikməyə icazə verib.

Komitədən NOCOMMENT-ə verilən məlumata görə, yeni binalar paytaxtın Qaradağ rayonunun Ümid qəsəbəsində inşa ediləcək. Obyektlərin layihəçisi “Kapitel” MMC-dir.