Qaçqınlarla mübarizə aparmaq üçün qoşun göndəriləcəkbackend

Qaçqınlarla mübarizə aparmaq üçün qoşun göndəriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Florida qubernatoru Ron DeSantis qeyri-qanuni mühacirlərin deportasiyasını asanlaşdıran “42-ci maddə”nin tətbiqi ləğv edildikdən sonra təhlükəsizliyi təmin etmək üçün Texas sərhədinə mindən çox hüquq-mühafizə orqanının göndəriləcəyini açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Florida qubernatoru Ron DeSantis tərəfindən edilən yazılı açıqlamada qeyri-qanuni mühacirlərlə mübarizə və təhlükəsizliyi təmin etmək üçün 800 Milli Mühafizəçi, 200 asayiş keşikçisi və 101 əyalət polisinin Texas sərhədinə göndəriləcəyi açıqlanıb.

Açıqlamada sərhədə əsgərlərdən əlavə 5 təyyarə, 17 pilotsuz uçuş aparatı, 2 mobil komandanlıq maşını və 10 katerin göndəriləcəyi bildirilib.

DeSantis 2021-ci ildə Texas və Arizona ştatlarının tələbi ilə ABŞ-ın cənub sərhədinə hərbi dəstək verib.