Qadınlara qarşı zorakılıq halları daha da artıb – Komitə sədribackend

Qadınlara qarşı zorakılıq halları daha da artıb – Komitə sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu il dünyada qadınlara qarşı zorakılıq halları daha da artıb”.

NOCOMMENT.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, ölkəmizdə də erkən nikah məsələsi və onun cəmiyyətdə yaratdığı fəsadlar dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır.

“Erkən yaşda qızların ailə həyatı qurması onların təhsilinə, bir fərd kimi inkişafına maneə yaratmaqla yanaşı, psixoloji durumlarına da mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığını və həyatını təhlükə altına atmaqla yanaşı, boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur”, – komitə sədri çıxışında vurğulayıb.