Qahirədəki danışıqlar başa çatdı – Atəşkəs olacaq?backend

Qahirədəki danışıqlar başa çatdı – Atəşkəs olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzzada əməliyyatların sonlandırılması ilə bağlı Qahirədəki danışıqlar başa çatıb, razılıq əldə olunmayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Al-Qahera News” misirli rəsmi mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, HƏMAS-ın nümayəndə heyəti Qahirəni tərk edib, lakin danışıqlar gələn həftə davam etdiriləcək.

“Associated Press”in məlumatına görə isə, HƏMAS birinci mərhələ kimi bu razılaşmanın əsas şərtləri üzərində razılaşıb, lakin bunun sonda daimi atəşkəsə gətirib çıxaracağına dair öhdəliklər istəyir. HƏMAS bəyan edib ki, İsrail ərazisini tam şəkildə tərk etmədən qalan israilli girovların hamısını azad etməyəcək.

O, həmçinin çoxlu sayda məhbusun, o cümlədən kütləvi insan tələfatına görə ömürlük həbs cəzası çəkən terrorçuların israilli girovların əvəzində azad edilməsini tələb edir. İsrail tərəfi isə HƏMAS məhv edilənə və bütün girovlar azad edilənə qədər döyüşləri davam etdirəcəyini və yalnız müvəqqəti atəşkəsə razılaşacağını bildirib.

Misir rəsmiləri deyirlər ki, vasitəçilər hələ də iki tərəfə mövqelərini yumşaltmaq üçün təzyiq edirlər.